...

Azərbaycan prezidenti Minskə çatıb

Siyasət Materials 17 Oktyabr 2006 13:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də səhər rəsmi səfərlə Belarusa gəlib. Bu barədə Trend Belapana istinadən xəbər verir.

İkigünlük səfər zamanı İlham Əliyevin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təkbətək görüşü olacaq, hökümət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar, ikitərəfli sənədlərin imzalanma mərasimi, dövlət başçılarının birgə brifinqi keçiriləcək.

Azərbaycanın dövlət başçısı Minsk traktor zavodunda, Minsk avtomobil zavodunda, BelAZ və Milli kitabxanada olması planlaşdırır. İ.Əliyev həmçinin Qələbə abidəsinə əklil də qoyacaq.

Xəbər lenti

Xəbər lenti