...

BŞBPİ-də 9 ayın yekunlarına həsr olunmuş müşavirə keçirilib

Siyasət Materials 19 Oktyabr 2006 15:42 (UTC +04:00)

Oktyabrın 19-da Bakı Şəhər Baş Polis İdarəsində Məhərrəm Əliyevin rəhbərliyi ilə 9 ayın yekunlarına həsr olunmuş müşavirə keçirilib. Bu barədə Trend ə BŞBPİ-dən məlumat verilib.

M.Əliyev bildirib ki, 2006-cı ilin 9 ayı ərzində bir sıra hadisələr istisna olmaqla ümumilikdə paytaxt ərazisində sabitlik qorunub saxlanılıb. Cinayətlərin əksəriyyətinin üstü açılıb, cinayət törətmiş şəxslər tutularaq istintaq orqanlarına təhvil verilib.

İlin əvvəli Səbail rayonu ərazisində odlu silahla cinayət törətmiş və Türkiyəyə qaçaraq orada gizlənmiş Şahin Axundov İnterpol xətti ilə saxlanılıb, hazırda onun ekstradisiyası ilə əlaqədar müvafiq qurumlar tərəfindən tədbirlər görülür.

M.Əliyev həmçinin nöqsanlara da toxunub və BŞBPİ-nin bir neçə əməkdaşına bu nöqsanlarla əlaqədar iradlarını bildirib.

Xəbər lenti

Xəbər lenti