...

OPEK Samur-Abşeron irriqasiya sistemi layihəsinə 8 mln ABŞ dolları kredit ayıracaq

Siyasət Materials 20 Oktyabr 2006 11:54 (UTC +04:00)

Bu gün Milli Məclisin aqrar siyasət daimi komissiyasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda Azərbaycan Respublikası və OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur-Abşeron irriqasiya sistemi layihəsi üzrə kredit sazişinin təsdiq edilməsi barəsində qanun layihəsi müzakirə olunub.

Komissiyanın sədri Eldar İbrahimov bildirib ki, sənəd 4 komissiyada müzakirə olunub. O həmçinin qeyd edib ki, məlum layihəni həyata keçirmək üçün OPEK Beynəlxalq İnkişaf Fondu Azərbaycana 8 mln ABŞ dolları məbləğində kredit ayıracaq.

O da qeyd olunub ki, bu layihə çərçivəsində taxtakörpü su anbarının tikilməsi də nəzərdə tutulub. 268 mln kubmetr su tutacaq bu anbarın üzərində 2 kiçik su stansiyası tikiləcək. Bu anbar vasitəsilə su Ceyranbatan su anbarına töküləcək. Komissiyanın iclasında o da vurğulanıb ki, adıçəkilən layihə İslam İnktşaf Bankı, OPEK, Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdiriləcək. 2010-cu ildən 20 il müddətinə hər il 266 min ABŞ dolları borcun qaytarılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti