...

GUAM MƏK-in növbəti iclası Tiflisdə keçiriləcək

Siyasət Materials 20 Oktyabr 2006 13:00 (UTC +04:00)

"GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"ın milli əlaqələndiriciləri növbəti dəfə noyabrın sonunda Tiflisdə toplaşacaq. Bu barədə Trend ə diplomatik mənbələrdən məlumat verilib.

Görüşdə təşkilatın gələcək fəaliyyətinə dair məsələlərin müzakirəsi planlaşdırılır. Diplomatlar 24-25 sentyabrda Nyu-Yorkda təşkilata üzv ölkələrin xarici işlər nazirləri Şurasının qəbul etdiyi qərarların gerçəkləşdirilməsi üzərində işləməlidir.

Milli Əlaqələnliricilər Komitəsinin Tiflis iclasında təşkilata üzv olan bütün ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Bu görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti