...

Natiq Əliyev: Azərbaycan enerji məsələlərində Gürcüstana kömək etməyə hazırdır

Siyasət Materials 25 Oktyabr 2006 12:11 (UTC +04:00)
Natiq Əliyev: Azərbaycan enerji məsələlərində Gürcüstana kömək etməyə hazırdır

Azərbaycan enerji məsələlərində Gürcüstana hər cür yardım etməyə hazırdır. Bu barədə oktyabrın 25-də jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bəyan edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın qaz hasilatında böyük artım müşahidə olunur. Bununla yanaşı, ölkə Rusiyadan idxal olunan yanacağın həcmindən asılıdır.

"Biz 2007-ci ildə nə qədər və hansı qiymətə qaz alaacağımızı hələ bilmirik. Bu yaxınlarda İranla qazın alınması ilə bağlı danışıqlar aparılıb. Əgər qiymət bizi qane edərsə, bu ölkədən 2 mlrd kub metrədək qaz almaq niyyətində olduğumuzu bildirmişik", - deyə o qeyd edib.

N.Əliyev bildirib ki, əgər Tiflis Tehranla müvafiq razılaşma əldə edərsə, İran qazının Azərbaycan ərazisi ilə Gürcüstana nəqli məsələsi də müzakirə oluna bilər.

"Bu məsələnin Azərbaycan qaz nəqli sisteminin daşıma qabiliyyəti ilə bağlı texniki tərəfləri var", - deyə nazir sonda əlavə edib.

Xəbər lenti

Xəbər lenti