...

ATƏT PA-nın vitse-prezidenti Bakıya gəlir

Siyasət Materials 25 Oktyabr 2006 14:50 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının vitse prezidenti, Ukraynanın bu təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Oleq Bilorus oktyabrın 25-də axşam Bakıya səfərə gələcək. Trend xəbər verir ki, səfərdən məqsəd ATƏT PA ilə Azərbaycan arasında əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Qonaq Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, bir sıra vacib görüşlər keçirəcək.

Səfər oktyabrın 29-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti