...

AKP MK bürosunun noyabrın 11-də keçiriləcək iclasında qurultayın vaxtı müəyyənləşəcək

Siyasət Materials 25 Oktyabr 2006 15:13 (UTC +04:00)

Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsi (MK) Bürosunun noyabrın 11-də keçiriləcək iclasında partiyanın II (37-ci) qurultayının tarixi müəyyənləşəcək. Bu barədə Trend ə AKP sədrinin birinci müavini, sabiq millət vəkili Rauf Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, rəhbərliyə partiyanın rayon və şəhər komitələrindən qurultaya hazırlıqla bağlı keçirilən konfransların yekun protokolları daxil olmaqdadır. Protokollar qurultaya seçilən nümayəndələrin tərkibi ilə bağlıdır.

AKP rəsmisi onu da əlavə edib ki, qurultayda sədrin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatı dinlənicələk, nizamnaməyə dəyişiklik və sədrin seçilməsi məsələlərinə baxılacaq. Qurutay plenumu seçir, plenum isə partiya sədrini və büro üzvlərini seçəcək: "Oktyabrın 8-də MK Bürosunun daha geniş iclasını çağırmışıq. Qurultaya hazırlıqla bağlı məsələlər yenidən iclasda baxılacaq. Ola bilsin ki, qurultayın günü və yeri bu iclasda müəyyənləşdirilsin".

AKP 1993-cü ilin noyabrında təsis qurultayını keçirib. 1994-cü ilin martın 2-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2000-ci ildə parlament seçkilərində AKP sədri və birinci müavini deputat seçilib. AKP Beynəlxalq Kommunist Təşkilatının üzvüdür.

Xəbər lenti

Xəbər lenti