...

Bakıda Sərhəd Məsələləri Üzrə Beynəlxalq Konfransın işçi qrupunun növbəti iclası keçirilib

Siyasət Materials 26 Oktyabr 2006 18:48 (UTC +04:00)

Oktyabrın 26-da Bakıda Sərhəd Məsələləri üzrə beynəlxalq konfransın işçi qrupunun növbəti iclası keçirilib. Trend in xəbərinə görə, iclas Dövlət Sərhəd Xidmətinin Baş İdarəsində baş tutub.

İclasda silah sursat və radioaktiv materialların qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair fikir mübadiləsi aparılıb. İclasın işində Azərbaycanın Dövlət Sərhəd Xidmətinni rəisi Elçin Quliyev, o cümlədən Almaniyanın, İsveçrənin, Litvanın, Macarıstanın, Rusiyanın, ABŞ-ın və Gürcüstanın sərhəd qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti 2001-ci ildən bu Konfransa qoşulub və qısa müddət ərzində onun fəal iştirakçılarından birinə çevrilib. Hazırda "Silah, döyüş sursatları və radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması üzrə" qrupun rəhbəridir.

Xəbər lenti

Xəbər lenti