...

Naxçıvan MR-də 61 mln. AZN məbləğində məhsul istehsal olunub

Siyasət Materials 1 Noyabr 2006 10:32 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, 2006-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 61538,3 min manat məbləğində məhsul istehsal olunub və xidmət göstərilib ki, bu da 2005-ci ilə olan göstərici ilə müqayisədə 78,1% çoxdur. Ümumi istehsal strukturunda 79,4% məhsul istehsalı, 20,6% isə göstərilmiş xidmətlərin payına düşür.

Sənaye istehsalının 0,3%-ni hasilat, 82,7%-ni emal sənayesi təşkil edir. 17% - su və elektrik enerjisi istehsalı və paylanması ilə məşğul olan müəssisələrin payına düşür. Burada artım 4,6%, 89,5% və 39%-ə bərabər olub.

Sənaye sahəsində özəl sektorun payı 50520,3 min manat (2,1 dəfə çox), dövlət sektoru üzrə isə 11018 min manat (5,6% çox) təşkil edib.

Bu dövr ərzində NMR-də 1537 nəfər işlə təmin olunub. Son 3 il ərzində NMR üzrə 22853 yeni iş yeri yaradılıb. 2003-cı ilin III rübündə 2276 daimi, mövsümi və digər iş yerləri açılıb. Bunun 23,2%-i dövlət sektorunun, 76,8%-i isə özəl sektorun payına düşür.

Xəbər lenti

Xəbər lenti