...

Çin parlamenti Azərbaycanla ekstradisiya haqqında müqaviləni təsdiq etdi

Siyasət Materials 1 Noyabr 2006 16:00 (UTC +04:00)

Xalq nümayəndələrinin Ümumçin yığıncağının Daimi Komitəsinin /XNÜY DK/ 24-cü sessiyasında Çin və Azərbaycan arasında ekstradisiya haqqında müqavilə 10-cu çağırışda təsdiq olunub. Bu barədə Trend Sinxuaya istinadən xəbər verir.

Müqavilənin imzalanması hüquq sahəsində əməkdaşlığa və ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin sonrakı inkişafına yardıma istiqamətlənib. ÇXR XİN başçısının müavini Yan Tszeçi sessiyada bildirib ki, qarşılıqlı diplomatik tanınma dövründə Çin və Azərbaycan arasında münasibətlər sabit şəkildə inkişaf edir, yüksək səviyyəli əlaqələr çoxalır və siyasi və ticari-iqtisadi əməkdaşlıq fəallaşır. Bununla yanaşı, o, diqqət yetirib ki, son illər ərzində ikitərəfli əlaqələr fəallaşdıqca, bəzən hər iki ölkəyə aid olan cinayət işləri qeydə alınır.

"Məhkəmə sahəsində iki ölkə əməkdaşlığının hüquqi əsasını müəyyənləşdirmək, ikitərəfli dostluq əlaqələrinin inkişafına yardım etmək üçün transmilli cinayətə daha təsirli zərbənin endirilməsi məqsədilə biz bu Müqavilənin bağlanması haqqında təkliflə Azərbaycana müraciət etdik. Azərbaycanın buna cavabı müsbət oldu", - deyə diplomat bildirib.

Çin və Azərbaycan arasında ekstradisiya haqqında müqavilə 2005-ci ilin mart ayında Pekində imzalanıb.

Xəbər lenti

Xəbər lenti