...

Gəncədə istifadəyə verilən şokolad fabriki Gürcüstan və Qazaxstandan stfarişlər qəbul edib

Siyasət Materials 2 Noyabr 2006 16:28 (UTC +04:00)

Gəncədə yeni istifadəyə verilən Jardel-Röyal qənnadı fabriki artıq sifariş qəbuluna başlayıb. Bu barədə məlumatı Trendə fabrikin direktoru Asif İbrahimov verib.

Onun sözlərinə görə, ilk sifarişlər qonşu Gürcüstan və Qazaxıstan respublikasından daxil olub. Artıq bu ölkələrdən bir neçə iş adamı gələrək müəssisə rəhbərliyi ilə danışıqlar aparıb.

İlkin olaraq 120 nəfərin çalışdığı müəssənin istehsal gücü ayda 150-200 ton olsa da, hələ bir müddət 20-25 ton məhsul istehsal olunacaq. Asif İbrahimov bildirdi ki, burada kokos yağından istifadə olunur. Bu yağ bahalı və keyfiyyətli olduğu üçün istehsal olunan məhsulların qiyməti 4 ABŞ dollarından yuxarı olacaq.

Xəbər lenti

Xəbər lenti