...

Azərbaycan Prezidenti BP-nin vitse-prezidentini qəbul edib

Siyasət Materials 2 Noyabr 2006 16:56 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də BP şirkətinin vitse-prezidenti Endryu İnqlisı qəbul edib. Bu barədə Trend xəbər verir.

Qonaq Azərbaycanın neft sənayesi və energetika sektorundakı ardıcıl inkişafını və böyük uğurlar əldə etməsini qeyd edib. "Cənubi Azəri" yatağında neft hasilatının 10 gün tez başlaması haqqında danışarkən, E.İnqlis "Şahdəniz" layihəsinin tezliklə bitəcəyini də böyük uğur kimi qeyd edib. O deyib ki, Azərbaycanla BP arasında uğurlu əməkdaşlıq gələcəkdə də davam edəcək.

İ.Əliyev bildirib ki, Azərbaycan yanacaq- energetika sahəsində böyük uğurlar əldə edib. O, "Azəri- Çıraq-Günəşli" yataqlarında neft hasilatının yüksək səviyyəyə yaxınlaşmasını mühüm hadisə kimi qiymətləndirib. Dövlət başçısı "Şahdəniz" yatağında aparılan işləri yüksək qiymətləndirib və bunu xarici şirkətlərlə, həmçinin BP ilə uğurlu işin nəticəsi kimi xarakterizə edib.

Xəbər lenti

Xəbər lenti