...

Parlamentin 4 komissiyasının birgə iclasında 2007-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinin müzakirəsi aparılıb

Siyasət Materials 6 Noyabr 2006 16:26 (UTC +04:00)

Noyabrın 6-da Milli Məclisdə 4 komissiyanın - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, elm və təhsil, regional məsələlər, hüquq siyasəti komissiyalarının "Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclası keçirilib. Trend in məlumatına görə, iclasda 4 komissiyanın üzvləri, Maliyyə, Xarici İşlər nazirliklərinin, Milli Elmlər Akademiyasının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda elmi-tədqiqat təşkilatları, Elmlər Akademiyasının strukturları, həmçinin xarici ölkələrdəki diplomatik nümayəndəliklər, bələdiyyələr, kənd təsərrüfatı və digər sahələr üzrə dövlət qurumlarına dövlət büdcəsindən ayrılan vəsaitlər barədə müzakirələr aparılıb, məruzələr edilib, təklif və suallar səsləndirilib.

Maliyyə Nazirliyinin elm və təhsil departamentinin rəhbəri Xaqani Rzayev bildirib ki, 2007-ci ildə dövlət büdcəsindən AMEA-nın fizika-riyaziyyat bölməsinə, biologiya elmləri, kimya, humanitar-ictimi elmlər bölmələrinə, aparılan fundamental elmi tədqiqat işlərinə 17 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Onun sözlərinə görə, 2007-ci ildə təhsil xərclərinin 776 milyon manat, yaxud 2006-cı illə müqayisədə 249 milyon manat (47 faiz) çox olması nəzərdə tutulub.

Digər sahələr üzrə büdcədən vəsaitlərin ayrılması məsələsinin müzakirələri davam etdirilib.

Xəbər lenti

Xəbər lenti