...

Nikolay Paskeviç: Belarusun GUAM-a daxil olmasından danışmaq hələ tezdir

Siyasət Materials 8 Noyabr 2006 16:06 (UTC +04:00)

"Belarusun GUAM-a daxil olması ilə bağlı məsələdən danışmaq bir qədər tezdir". Trend in xəbər verdiyi kimi, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç bəyan edib.

"Bu gün biz bir sıra inteqrasiya qurumlarında fəal əməkdaşlıq edir və bunu normal və obyektiv proses sayırıq. Biz müstəqilliyimizin ilk dövrlərində üzləşdiyimiz məsələlərin həlli yollarını hələ də axtarırıq", - deyə səfir vurğulayıb.

"Hər bir belə qurumun mövcud olmağa haqqı var və biz bu fikirlərə son dərəcə ehtiyatla və diqqətlə yanaşırıq. Bu, hər bir ölkənin suveren hüququdur. Ancaq bu gün Belarusun GUAM-a daxil olmasından danışmaq hələ tezdir. Gələcəkdə nə baş verəcəyini isə zaman göstərəcək", - deyə diplomat bəyan edib.

Xəbər lenti

Xəbər lenti