Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinə hazırlıq gedir. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.
Səfər Azərbaycan prezidentinin bu yaxınlarda Belarusa səfərinə cavab olaraq həyata keçiriləcək.
Səfir hesab edir ki, səfərin başlanmasınadək tərəflər ikitərəfli sazişlər və müqavilələrin yeni paketini hazırlamalıdır. Sazişlər aşağıdakı sahələrdə əməkdaşlıq üzrə hazırlanacaq: istehsal korporasiyası, bitkilərin karantini və baytarlıq xidməti, bank fəaliyyəti, sertifikasiya, sosial-mədəni sahə və s.
"Yaxın vaxtlarda Bakı və Minsk arasında birbaşa hava yolunun açılması, o cümlədən dəmiryol xəttinin qaydaya salınması planlaşdırılır", - deyə diplomat bildirib.