...

Azərbaycan prezidenti Türkiyəyə səfər etməyi planlaşdırır

Siyasət Materials 9 Noyabr 2006 17:34 (UTC +04:00)
Azərbaycan prezidenti Türkiyəyə səfər etməyi planlaşdırır

Noyabrın 17-18-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir. Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov Trend ə eksklüziv məlumatında bildirib ki, o, türkdilli dövlət başçılarının sammitində iştirak edəcək.

Səfir qeyd edib ki, Türkiyənin Antalya şəhərində keçiriləcək görüşdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan dövlət başçılarının da iştirakı gözlənilir.

Azərbaycan prezidentinin Türkiyə rəhbəri və baş naziri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. İ.Əliyev sammitdə iştirak edəcək digər dövlət başçıları ilə də ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, birinci görüş Türkiyənin keçmiş prezidenti Turqut Özalın təşəbbüsü ilə 30-31 oktyabr 1992-ci ildə Ankarada keçirilib. Sammit türkdilli dövlətlər arasında ən yüksək səviyyəli ilk birbaşa əlaqə olub. Növbəti sammitlər 1994-cü ildə İstanbulda, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada keçirilib.

Türkdilli dövlət başçılarının sonuncu görüşü 8 aprel 2000-ci ildə Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti