Fransa və Almaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə noyabrın 16-da "Fransa-Almaniya: xatirələr və gələcək" kollokviumu keçirəcəklər. Bu barədə Trend ə Fransa səfirliyindən məlumat verilib.
Kollokviumu həmin ölkələrin səfirləri və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti açacaq. Kollokvium iştirakçıları professor - germanist Ulrix Pfeilin və Fransa-Almaniya yaxınlaşmasının fəal nümayəndələrindən biri Korin Defransın, eləcə də Fransanın xarici işlər nazirinin müşaviri Kristian Heldtin mühazirələrini dinləyəcəklər.