...

Yaponiya səfirliyində "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı çərçivəsində layihələrin imzalanma mərasimi keçiriləcək

Siyasət Materials 11 Noyabr 2006 12:37 (UTC +04:00)

Noyabrın 14-də Yaponiyanın Azərbaycandakı səfirliyində "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı çərçivəsində qrant müqavilələrinin növbəti imzalanma mərasimi keçiriləcək. Bu barədə Trend ə Yaponiya səfirliyindən məlumat verilib.

Mərasimdə 8 müqavilə imzalanacaq. Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən layihələr məktəb tikinti, su təchizatı və quş qripinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə yönəldilib.

İmzalanacaq layihələrdən altısı Sabirabad, Lənkəran, Naxçıvan, Xanlar, Xaçmaz və İmişlidə dövlət baytarlıq laboratoriyalarının avadanlıqla təchiz edilməsi üzrə yardımla bağlıdır. Quş qripinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə yönəldilmiş həmin layihələr 570.450 ABŞ dolları məbləğində qiymətləndirilir.

"Ot kökləri" layihəsi Azərbaycan xalqının yaşam şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş kiçik layihələri dəstəkləyir və yerli özünüidarəetmə orqanları, tibb müəssisələri və QHT tərəfindən həyata keçirilir. Bu layihələr 2000-ci ildən Azərbaycanda tətbiq olunur. "Ot kökləri" proqramı çərçivəsində indiyə qədər ümumi dəyəri 5,252,718 ABŞ dolları olan 82 layihə reallaşdırılıb.

İndiyədək Yaponiyanın İnkişafa Rəsmi Yardım proqramı çərçivəsində Azərbaycana 717,68 milyon dollar məbləğində yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti