...

"Bakcell" Naxçıvanda fəaliyyətə başladı

Siyasət Materials 14 Noyabr 2006 14:00 (UTC +04:00)

Bu gün Naxçıvan Muxtar Respublikada "Bakcell" LTD MMC nümayəndəliyinin inzibati binasının rəsmi açılışı oldu. Binanın açılışında rəsmi şəxslər, o cümlədən Naxçıvan MR rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov iştirak edib.

Qeyd edək ki, "Bakcell" LTD MMC Muxtar Respublika ərazisində mobil rabitə xidməti göstərmək üçün cari ilin ortalarında adıçəkilən nazirliyə yazılı müraciət edib. Bu ilin avqust ayında isə müqavilə imzalanılıb və müvafiq lisenziya verilib.

Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məbuat xidmətindən Trend ə bildiriblər ki, şirkət Muxtar Respublikanın bütün ərazisində fəaliyyətini iki mərhələdə həyata keçirməyi nəzərdə tutub ki, ilk mərhələ - Naxçıvan şəhərində mobil xidmətin yaradılması artıq başa çıtıb.

Növbəti mərhələdə isə Muxtar Respublikanın rayon mərkəzlərində "Bakcell"in xidmətlərindən istifadə etmək mümkün olacaq. Nazirliyin sözçüsü Lətafət Əhmədovanın sözlərinə görə, hazırda şirkətin fəaliyyəti Naxçıvan Muxtar Respublikasının 60%-ni əhatə edir. Transmissiya üçün isə 11 istiqamətdə kanallar yaradılıb.

Xəbər lenti

Xəbər lenti