...

AYİB: Azərbaycan iqtisadiyyatın artım templərinə görə AB və NAFTA ölkələri arasında liderdir

Siyasət Materials 14 Noyabr 2006 17:57 (UTC +04:00)
AYİB: Azərbaycan iqtisadiyyatın artım templərinə görə AB və NAFTA ölkələri  arasında liderdir

MDB ölkələri iqtisadiyyatının artım templəri AB və Şimali Amerika sərbəst ticarət Assosiasiyası (NAFTA) ölkələrinin göstəricilərindən xeyli yüksəkdir. Trend AYİB-in Bakı nümayəndəliyinin məlumatına istinadən xəbər verir ki, Avropa bankının məruzəsindəki məlumatlara görə, artım nöqtələri - Rusiya, Qazaxıstan və ÜDM artımına görə mütləq lider olan Azərbaycandır (2006-cı ildə göstərici 26% təşkil edə bilər).

MDB iqtisadiyyatı artım templərinə görə Avropa Birliyi və NAFTA-nı üstələyir. Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, 2006-cı ildə MDB iqtisadi inkişafın ən yüksək templəri ilə beynəlxalq regional təşkilat olub.

AYİB ekspertləri "Keçid iqtisadiyyatı" məruzəsində MDB iqtisadiyyatının təhlilinin nəticələrini təqdim edib. 2005-ci ildəki 6,6% -ə nisbətən 2006-cı ilin yekunlarına görə birliyin üzv-ölkələrinin iqtisadi artımı illik 6,9% təşkil edəcək. 2004-cü ildə 8% olmasına baxmayaraq, göstəricilərin bu cür düşməsi Rusiyada inkişaf templərinin azalması ilə izah olunur. Beləliklə, inkişafın əsas göstəricisi üzrə MDB Avropa Birliyi və ABŞ, Kanada və Meksikanın daxil olduğu Şimali Amerika sərbəst ticarət zonası - NAFTA-nı qabaqlayır.

Avropa Birliyinin iqtisadi artımının ümumi templəri son iki onillikdə Amerikada olduğundan 1-1,3% azdır. Ekspertlər Avropa Birliyini "2010-cu ilə qədər ən rəqabət qabiliyyətli və ən dinamik inkişaf edən bölgə" etmək vəzifəsinin yerinə yetiriləcəyinə şübhə ilə yanaşırlar.

Bir çox iqtisadi göstəricilərə görə ABŞ və Avropa Birliyi Şərq həmkarlarından geridə qalır. Xüsusilə də adambaşına düşən gəlir üzrə liderlik Yaxın Şərqin neft hasil edən ölkələrinə məxsusdur. Çin on il ərzində ÜDM-in artım templərinə görə birinci yeri tutub. Həmin ölkədə bu göstərici ildə 10% artır.

"Biz MDB ölkələri iqtisadiyyatının bu cür sürətli inkişaf edəcəyini gözləmirdik. İllik 6,9% artım bu il həm daxili tələbatın artması, həm də ixracın genişlənməsi səbəbindən əldə olunub", - deyə məruzənin müəllifi, AYİB-in Baş iqtisadçısı Erik Berqlof bəyan edib.

AYİB-in məlumatlarına görə, yaxın illərdə MDB-nin inkişafı da bu cür sürətli templərlə gedəcək. Erik Berqlofun sözlərinə görə, bütün birliyin iqtisadiyyatının əsas artımı Rusiya, Azərbaycan və Qazaxıstanın payına düşür.

Belə ki, Azərbaycan 2006-cı ildə iqtisadi inkişaf templərinə görə mütləq dünya lideri olub - ilin yekununa görə ölkənin ÜDM artımı 26% təşkil edə bilər. Sürətlə inkişaf edən Çin də daxil olmaqla, dünyanın heç bir ölkəsi bu göstərici üzrə belə yüksək nəticə göstərməyəcək.

İqtisadiyyatın sıçrayışı respublikanın enerji sektorunun çox sürətli inkişafı, o cümlədən neft sektorunun daha da çox inkişaf etməsinə yardım edən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə salınması, eləcə də Azərbaycanın dünya iqtisadiyyatına davam edən inteqrasiyası ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti