...

Yaponiya höküməti Azərbaycanda quş qripi ilə mübarizə aparmaq üçün vəsait ayırıb

Siyasət Materials 14 Noyabr 2006 18:56 (UTC +04:00)

Noyabrın 14-də Yaponiyanın Azərbaycandakı səfirliyində "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı çərçivəsində növbəti qrant sazişlərinin imzalanma mərasimi olub. Bu barədə Trend xəbər verir.

Proqram çərçivəsində 8 saziş imzalanıb. Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe bildirib ki, Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən layihələr məktəb tikintisi, su təchizatı və quş qripinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə yönəldilib.

Onun sözlərinə görə, imzalanacaq layihələrdən altısı Sabirabad, Lənkəran, Naxçıvan, Xanlar, Xaçmaz və İmişlidə dövlət baytarlıq laboratoriyalarının avadanlıqla təchiz edilməsi üzrə yardımla bağlıdır. Quş qripinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə yönəldilmiş həmin layihələr 570.450 ABŞ dolları məbləğində qiymətləndirilir.

Diplomat qeyd edib ki, "Ot kökləri" proqramı Azərbaycan xalqının yaşam şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş kiçik layihələri dəstəkləyir və yerli özünüidarəetmə orqanları, tibb müəssisələri və QHT tərəfindən həyata keçirilir. Bu layihələr 2003-cü ildən Azərbaycanda həyata keçirilir. "Ot kökləri" proqramı çərçivəsində indiyə qədər ümumi dəyəri 5,252,718 ABŞ dolları olan 82 layihə reallaşdırılıb.

İndiyədək Yaponiyanın İnkişafa Rəsmi Yardım proqramı çərçivəsində Azərbaycana 717 milyon ABŞ dollarından çox həcmdə yardım göstərilib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov mərasimdə bildirib ki, Yaponiya hökümətinin dəstəyi hesabına Azərbaycanda həyata keçirilən 82 layihədən 30-dan çoxu ölkədə təhsilin inkişafına yönəldilib.

Xəbər lenti

Xəbər lenti