...

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü MDB sammiti çərçivəsində Minskdə keçiriləcək

Siyasət Materials 15 Noyabr 2006 13:58 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü MDB sammiti çərçivəsində Minskdə keçiriləcək

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryanın növbəti görüşü MDB sammiti çərçivəsində noyabrın 28-də Minskdə keçiriləcək. Bu görüş üçün razılıq iki ölkənin XİN başçısı Elmar Məmmədyarov və Vardan Oskanyanın ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə Brüsseldə keçirilən görüşündə əldə olunub. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

T.Tağızadə qeyd edib ki, iki ölkənin XİN başçılarının danışıqları çətin, lakin konstruktiv şəkildə keçib. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əvvəllər razılaşdırılmamış məqamları müzakirə edə biliblər. T.Tağızadə danışıqların müsbət məqamı kimi nazirlərin danışıqlar prosesi üzrə bütün komponent və elementləri müzakirə etməsini göstərib.

Azərbaycan XİN rəsmi nümayəndəsi bildirib ki, noyabrın 21-23-də Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti