...

Azərbaycan prezidenti Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 15 Noyabr 2006 16:22 (UTC +04:00)

Azərbaycan və Almaniya arasında bütün sahələrdə münasibətlər sürətli templərlə inkişaf edir. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının nümayəndə heyəti ilə görüşdə bildirib.

Dövlət başçısının sözlərinə görə, bu əlaqələr həm ikitərəfli müstəvidə, həm də Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı çərçivəsində inkişaf edir. Prezident gələcəkdə də əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib. Prezident qeyd edib ki, ətraf mühitin mühafizəsi sahəsində də Azərbaycanın böyük plan və proqramları var və əminliklə bildirib ki, bu sahədə Almaniya ilə əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.

Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Reaktorlarının Təhlükəsizliyi Nazirliyinin dövlət katibi, parlamentin deputatı xanım Astrid Kluq ətraf mühitin mühafizəsi sahəsində iki ölkənin əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti