...

Gəncə Avtomobil Zavoduna Çin Xalq Respublikasından ikinci partiya avtomobil hissələri gətirilib

Siyasət Materials 20 Noyabr 2006 12:31 (UTC +04:00)

Gəncə Avtomobil Zavodu noyabr ayının 19-da Çin Xalq Respublikasından göndərilən ikinci partiya avtomobil hissələrini qəbul edib. Bu barədə məlumatı Trendə GAZ direktorunun köməkçisi Teymur Cabbarzadəyə istinadən zavodun mətbuat xidməti yayıb.

Cabbarzadənin sözlərinə görə, gətirilməsi hələ sentyabr ayına nəzərdə tutulan konteynerlər yalnız indi zavoda çatıb. Buna görə də zavodun rəhbərliyi Çindən Azərbaycana avtomobil hissələrinin daşınmasını həyata keçirən kompaniya ilə münasibətləri dayandırıb və yeni firmanın axtarılması üçün artıq tender elan edib. Əgər birinci partiyada gətirilən konteynerlərdə 18 avtomobil üçün hissələr var idisə, ikinci partiyada daha 50 avtomobil üçün hissələr Çindən zavoda gətirilib. Direktor köməkçisi onu da əlavə edib ki, gətirilən avtomobillər arasında 7 model orta tonnajlı və 3 model mikroavtobuslar var.

Cabbarzadənin bildirdiyinə görə, ilk mərhələdə gətirilən 18 avtomobil artıq yığılıb və sınaqdan keçirilib. "Bu gün artıq iş adamları GAZ-ın yeni avtomobilləri ilə maraqlanmağa başlayıblar. Biz ümidvarıq ki, çox tezliklə Çin texnologiyası ilə yığılan Gəncə avtomobilləri nəinki Azərbaycanın avtomobil bazaırnda, eləcə də xarıci öləkələrdə öz yerini tapacaq" - deyə Cabbarzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti