...

BƏƏ Azərbaycanı ərəb neftinin Şərqi Avropaya və geriyə ixracını gücləndirən katalizator hesab edir

Siyasət Materials 21 Noyabr 2006 13:30 (UTC +04:00)
BƏƏ Azərbaycanı ərəb neftinin Şərqi Avropaya və geriyə ixracını gücləndirən katalizator hesab edir

"Əbu-Dabidə imzalanmış iqtisadi, ticari və texniki əməkdaşlıq haqqında hökumətlərarası saziş gələcəkdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında mal dövriyyəsini artıracaq". Trend in xəbər verdiyi kimi, bu barədə Əbu-Dabidə jurnalistlərə BƏƏ-nin iqtisadiyyat naziri xanım Lubna Əl Qassimi (Sheikha Lubna Al Qassimi) bildirib.

BƏƏ-nin bu sazişi imzalamaq üçün nə üçün Azərbaycanı seçməsi sualına o, belə cavab verib: "Birincisi, Azərbaycan müsəlman ölkəsidir. Strateji mövqeyi ilə yanaşı, bu ölkə həm də neft istehsalçısıdır və bu baxımdan BƏƏ neftinin Şərqi Avropaya və geriyə ixracının gücləndirilməsində katalizator rolunu oynaya bilər".

Qeyd edək ki, noyabrın 20-21-də Azərbaycan prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri çərçivəsində 11 ikitərəfli sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti