...

ABŞ dövlət katibinin müavin köməkçisinin Azərbaycana səfəri təxirə salına bilər

Siyasət Materials 21 Noyabr 2006 15:11 (UTC +04:00)

ABŞ dövlət katibi müavinin köməkçisi Barri Louinkronun (Barry Lowenkron) noyabrın 27-28-də Azərbaycana rəsmi səfəri çox ehtimal ki, təxirə salınacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, Barri Louinkron demokratiya, insan haqları və əmək məsələləri üzrə (assistant secretary for democracy, human rights and labor) məsuldur. Bu məsələlərin Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə görüşlərdə müzakirəsi nəzərdə tutulub. Ancaq həmin tarixdə ölkənin ali rəhbərliyinin nümayəndələri məşğul və ya ölkədən kənarda ola bilər. Buna görə də səfərin başqa tarixdə həyata keçiriləcəyini ehtimal etmək olar", - deyə C.Henik yekun vurub.

Qeyd edək ki, noyabrın 27-28-də Minskdə MDB-nin sammiti keçiriləcək. Sammitdə Azərbaycan prezidenti və xarici işlər nazirinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti