...

Təşkilat başçısı: "Azərros" azərbaycanlıların Rusiyada sahibkarlıq fəaliyyətini qanun çərçivəsində davam etdirməsinə yardım edəcək

Siyasət Materials 24 Noyabr 2006 19:09 (UTC +04:00)

Heç kim Azərbaycan vətəndaşlarının Rusiyada bizneslə məşğul olması üçün maneə yarada bilməz, sadəcə olaraq hər şey rəsmiləşdirilməli və sahibkarlıq xarakteri daşıyan istənilən fəaliyyət üçün müvafiq icazə alınmalıdır. Bu barədə Trend ə "Azərros" Rusiya azərbaycanlılarının Federal milli -mədəni muxtariyyatının (FMMM) prezidenti Söyün Sadıqov məlumat verib. O, RF hökümətinin qərarını şərh edib.

Bu qərara əsasən 15 yanvar 2007-ci ildən etibarən xarici vətəndaşlara əczaçılıq və spirtli içkilər sahəsində, aprelin 1-dən isə ümumiyyətlə pərakəndə satışla məşğul olmaq qadağan olunur.

Söyün Sadıqov bildirib ki, bu qərara Rusiyanın - Azərbaycan vətəndaşlarının da yaşadıqları ölkənin qanunu kimi yanaşmaq lazımdır. "Rusiya, hər hansı sivil ölkə kimi, ticarət sahəsini nizama salır və bu, normaldır. Heç bir qanun xarici vətəndaşlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edə bilməz. Hökümətin qərarının məqsədi - vəziyyəti yoluna qoymaq və öz fəaliyyətlərini ölkə qanunvericiliyinə müvafiq rəsmiləşdirən və həyata keçirən hüquqi və fiziki şəxslərin də sahibkarlıq fəaliyyəti və ticarətlə məşğul olmasına imkan yaratmaqdır", - deyə o vurğulayıb.

"Azərros" FMMM-in prezidentinin qeyd etdiyi kimi, Rusiya azərbaycanlıları muxtariyyatı bütün potensialından, o cümlədən informasiya ehtiyatları, sayt, qəzet və jurnallardan istifadə edərək, Azərbaycan vətəndaşlarının hüquqi xəbərdarlıq səviyyəsinin yüksəlməsinə yardım edəcək. "Biz həm Moskvada, həm də bölgələrdə, eləcə də öz İnternet və mətbu nəşrlərimiz vasitəsilə informasiya cəhətdən işıqlandırmaqla Rusiyanın bütün ictimai təbəqələrini bu məsələnin müzakirəsinə və Azərbaycana vətəndaşlarına qarşı onun optimal tətbiqi yollarının axtarışına cəlb etməyə hazırıq. Biz hər cür vasitə ilə Rusiya Federasiyası qanunvericiliyi çərçivəsində Azərbaycan vətəndaşlarının müvafiq sənədlərinin rəsmiləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin davam etdirilməsinə yardım edəcəyik", - deyə S.Sadıqov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti