...

Gürcüstan baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 28 Noyabr 2006 16:21 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli noyabrın 30-da Bakıya səfəri zamanı Azərbaycan höküməti ilə iki ölkənin enerji və nəqliyyat əməkdaşlığı məsələlərini müzakirə etmək niyyətindədir. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hazırda Gürcüstanın baş nazirinin gələcək səfər proqramı hazırlanır. Səfər zamanı prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, baş nazirin birinci müavini Yaqub Eyyubov və b. ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Tərəflər həmçinin əməkdaşlığın digər sahələrində perspektivləri nəzərdən keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti