...

Naxçıvan MR-də Şəhər Bələdiyyələrinin Assosiasiyası yaradıldı

Siyasət Materials 29 Noyabr 2006 12:53 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında Şəhər Bələdiyyələrinin Assosiasiyası yaradıldı. Trend in Naxçıvan Bürosu xəbər verir ki, bununla əlaqədar qurumun təsis yığıncağı keçirilib.

Rayon Mərkəzlərinin Bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyasının yaradılması haqqında qərar yekdilliklə qəbul edildi. Bundan əlavə təşkilati məsələlər müzakirə edilərək, təşkilatın nizamnaməsi tərtib edilib. Cavid Səfərov Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyasının sədri, Kamal Ələkbərov isə sədr müavini seçilib.

Qeyd edək ki, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş, şəhər, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyalarının yaradılması əsasında regionda belə bir təşkilatın fəaliyyəti ilə bağlı ilk təşəbbüs Şərur bələdiyyəsinin ümumi yığıncağında irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti