MDB-nin hələ reallışdırılması gözlənilən böyük inteqrasiya potensialı var. Trend BELTA-ya istinadən məlumat verir ki, bu haqda jurnalistlərə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev noyabrın 28-də Minskdə MDB dövlət başçıları Şurası iclasının nəticələrini yekunlaşdırarkən bildirib.
MDB-nin bu günkü vəziyyəti inteqrasiya prosesinin nəticəsi deyil. O qeyd edib ki, hələ Birlik çərçivəsində qəbul olunan sənədlər yerinə yetirilmir. Qazaxıstan prezidenti həmçinin deyib ki, bu sammit MDB-nin gələcəyini ətraflı müzakirə etməyə imkan verib. O qeyd edib ki, bütün tərəflər Birliyin effektivliyinin artırılması vacibliyində, ona yeni təkanlar verməkdə həmfikirdilər.
Nursultan Nazarbayevin sözlərinə görə, dünənki görüş qarşılıqlı anlama şəraitində keçib. O qeyd edib: "Razılıqlar və qərar qəbulunun reallaşdırılması səviyyəsi Birliyə yeni keyfiyyət səviyyəsinə qalxmağa və mürəkkəb inteqrasiya proseslərini davam etməyə imkan verəcək".