...

"Heydər Əliyev yolu" kitabının təqdimat mərasimi keçirilib

Siyasət Materials 29 Noyabr 2006 18:35 (UTC +04:00)

Noyabrın 29-da Gülüstan sarayında "Heydər Əliyev yolu" kitabının təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, mərasimdə hakim YAP rəhbərliyinə daxil olan şəxslər, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, kitabın müəllifi millət vəkili Fərhad Qəribov, məsləhətçi və ön sözün müəllifi akademik, millət vəkili Ziyad Səmədzadə, redaktoru isə millət vəkili Bəxtiyar Sadıqovdur.

Tədbirdə açılış nitqi ilə çıx edən B.Sadıqov ümummilli lider Heydər Əliyevin həyatı, siysi fəalliyyəti, uşaqlıq illərindən ömrünün sonunadək yaşadığı çətinliklər, uğur və nailiyyətlər barədə danışıb. B.Sadıqov "Heydər Əliyev yolu" kitabı, mövzusu, ideyası, əhəmiyyəti, tərtibatı barədə də məlumat verib. Bu nəşrin Heydərşünaslıq elminə töhfə olacağını vurğulayıb.

YAP İdarə Heyətinin üzü Şahlar Əsgərov da çıxışında "Heydər Əliyev yolu"na nəzər salaraq ümummilli liderin fəaliyyətinin üstünlükləri barədə danışıb, həmçiniin prezident İlham Əliyevin onun siyasi kursunu uğurla davam etdirməsinə diqqət yetirib. O, nəşr barədə öz fikirlərini bölüşüb, fəsilləri haqda məlumat verib.

Ziyad Səmədzadə və digər çıxış edənlər də Heydər Əliyevin irsi, ideoloji kursu, siyasi və ictimai fəaliyyəti, həmçinin onun xatirəsinə həsr olunmuş nəşr barədə fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti