...

Azərbaycan prezidenti YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiyasını təsdiq edib

Siyasət Materials 30 Noyabr 2006 13:00 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiyasını təsdiq edib.

Konvensiyanın təsidq edilməsi haqqında Qanunun qüvvəyə minməsi ilə əlaqədar, Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan ərazisində qeyri-maddi mədəni irsin qorunması üzrə səlahiyyətli orqan barədə təkliflər hazırlamaq və bu Qanundan irəli gələn məsələləri həll etmək tapşırılır.

Bundan başqa, Azərbaycan prezidenti ölkənin "Nişanların beynəlxalq qeydiyyatı haqqında" Madrid sazişinin Protokoluna və "BMT-nin ixtisaslaşmış təşkilatlarının imitiyazları və immunitetləri haqqında" Konvensiyaya qoşulmasına dair Qanunu da imzalayıb.

Xəbər lenti

Xəbər lenti