Azərbaycan prezidenti İlham Əliyev noyabrın 30-da qeyd olunan milli bayram - Birləşmə günü münasibətilə rumıniyalı həmkarı Trayan Baseskuya təbrik məktubu göndərib.
Trend xəbər verir ki, İlham Əliyev öz məktubunda prezidenti və bütün rumın xalqını təbrik edir.
"Azərbaycan və Rumıniya arasında münasibətlərin inkişaf dinamikası məmnunluq yaradır. Əminəm ki, qarşılıqlı səfərlər, əlaqələr, ölkələr arasında imzalanmış əməkdaşlıq sənədləri həm ikitərəfli səviyyədə, həm də regional istiqamətdə ölkələrimizin tərəqqisi naminə münasibətlər dairəsinin daha da möhkəmlənməsinə xidmət edəcək", - deyə məktubda qeyd olunub.