...

Naxçıvan şəhərində Uşaq Bərpa Mərkəzi inşa olunur

Siyasət Materials 2 Dekabr 2006 14:01 (UTC +04:00)

Naxçıvan şəhərində Uşaq Bərpa Mərkəzi inşa olunur. Trend in Naxçıvan Bürosu xəbər verir ki, məqsəd əlil uşaqların regionda fizioterapevtik üsullarla fərdi şəkildə müalicəsinə daha geniş imkanlar yaratmaqdır. Hazırda müvəqqəti olaraq uşaqların fizioterapevtik üsullarla müalicəsi Naxçıvan Əlillərin Bərpa Mərəzində aparılır.

Mərkəzin tikintisinin son mərhələsi həyata keçirilir. Binanın layihəsi "Gəmiqaya" MMC-yə məxsusdur. Tikinti işləri də adıçəkilən şirkətin kollektivi tərəfindən aparılır.

Qeyd edək ki, əsas korpusu iki, stasionar müalicə korpusu isə bir mərtəbədən ibarət 16 çarpayılıq Uşaq Bərpa Mərkəzi hər biri iki nəfərlik olmaqla 8 palata, fizioterpevtik müalicə otaqları, qapalı hovuz, istirahət guşəsi və məişət otaqlarından ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti