...

Oqtay Əsədov: ANS lə bağlı məsələni araşdırmışıq

Siyasət Materials 5 Dekabr 2006 13:54 (UTC +04:00)
Oqtay Əsədov: ANS lə bağlı məsələni araşdırmışıq

"Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Milli Məclisə dəvət olunsun və ANS televiziyası və ANS radiosunun yayımının dayandırılması məsələsinə aydınlıq gətirsin.". Trend xəbər verir ki, bu təkləflə parlamentin dekabrın 5-də keçirilən iclasında Milli Məclisin üzvü Pənah Hüseyn çıxış edib.

Onun fikrincə, bu məsələyə tam aydınlıq gətirilməlidir. P.Hüseynin bu təklifinə Milli Məclisin sədri Oqtay Əsədov münasibət bildirib. O.Əsədov bildirib ki, parlament ANS ilə bağlı məsələyə münasibət bildirib: "Eyni zamanda Milli Məclisin 21 nəfər üzvü ANS ilə bağlı prezident İ.Əliyevə müraciət edib". Sədr qeyd edib ki, bir müddət əvvəl ANS Şirkətlər Qrupunun rəhbərliyi məsələ ilə bağlı parlament sədrinə müraciət ediblər: "Biz bu məsələni araşdırmışıq. Araşdırma zamanı məlum olub ki, ANS televiziyası öz işini düzgün qurmayıb. Burada böyük bir siyahı var, həmin siyahı açıqlanacaq. Ona görə də məsələni siyasiləşdirmək lazım deyil".

Xəbər lenti

Xəbər lenti