...

Prezident: "Azərbaycanda siyasi proseslər müsbət yöndə gedir"

Siyasət Materials 7 Dekabr 2006 14:05 (UTC +04:00)

Müxalifət nəhayət ki, sivil mübarizə metodundan istifadə etməlidir. Lakin müxalifət bunu tam şəkildə başa düşmür və özbaşınalıq metoduna üstünlük verir ki, bu, siyasətin pozulmasına gətirib çıxarır. "Lider" telekanalına istinadən Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası yerli şöbəsinin Xaçmazda inzibati binasının açılışı mərasimində bildirib.

Siyasi dialoq məsələsinə toxunaraq prezident bildirib ki, hökumət dialoq tərəfdarı olduğunu dəfələrlə bildirib. Siyasi iradəsindən asılı olmayaraq, hamı Azərbaycanın maraqlarını qorumalıdır və bu, hər bir vətəndaşın borcudur.

Müxalifətin ölkənin maraqlarına zidd siyasət aparması ilə bağlı prezident təəssüfünü bildirib. Dövlət başçısı əlavə edib ki, buna baxmayaraq, Azərbaycanda siyasi proseslər müsbət yöndə gedir.

Xəbər lenti

Xəbər lenti