...

Azərbaycanın yanacaq və energetika naziri: "Rusiyanın enerji siyasətindəki dəyişikliklər təhlükəsizlik məsələlərinə dair yeni yanaşmalar tələb edir"

Siyasət Materials 8 Dekabr 2006 12:43 (UTC +04:00)
Azərbaycanın yanacaq və energetika naziri: "Rusiyanın enerji siyasətindəki dəyişikliklər təhlükəsizlik məsələlərinə dair yeni yanaşmalar tələb edir"

Siyasətin kəskinləşməsi Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən energetika sahəsində yeni yanaşmalar tələb edir. Gürcüstandan Trend in müxbirinə verilən məlumatda bildirilir ki, bu barədə bu gün Tbilisidə üç ölkənin energetika nazirlərinin görüşündən öncə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazir artıq "Tbilisi Merriott" mehmanxanasındadır, burada 12:00-da onun Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və Gürcüstanın energetika naziri Nika Qilauri ilə görüşü başlayacaq.

N.Əliyev bildirib: "Rusiyanın qazın qiymətinin artırılması, həcminin isə azaldılması barədə qərarı müəyyən çətinliklər yaradır və regionun enerji təhlükəsizliyinə yeni yanaşma tələb edir".

O qeyd edib ki, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən kvota təqdim edilməsi məsələsi də müzakirə ediləcək. Görüş bağlı qapılar arxasında keçiriləcək. Jurnalistlər üçün açıqlama təxminən saat 16:00 üçün planlaşdırılıb.

Gürcüstan, Azərbaycan və Türkiyənin energetika nazirləri bu gün Tbilisidə Gürcüstana Azərbaycanın "Şahdəniz" yatağından türk kvotasından əlavə təbii qaz həcminin ayrılması məsələsini müzakirə edəcəklər. Görüş çərçivəsində nazirlər Gürcüstanın qışda Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə türk kvotası hesabına alacağı qazın həcmi barədə yekun qərar qəbul edəcəklər. Həmçinin ərazinin enerji təhlükəsizliyi və energetika sahəsində digər qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti