...

Nazir Azərbaycan İsveçrənin Helsim qrupu ilə danışıqların nəticələrini elan edib

Siyasət Materials 8 Dekabr 2006 16:55 (UTC +04:00)
Nazir Azərbaycan İsveçrənin Helsim qrupu ilə danışıqların nəticələrini elan edib

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda yeganə sement istehsalısı "Qaradağ Sement" ASC-nin təsisçisi olan İsveçrənin Helsim qrupu ilə danışıqların nəticələrini bəyan edib. bu barədə Trend xəbər verir.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin bu günkü mətbuat konfransında qeyd etdiyi kimi, danışıqlar uğurla keçib və bir neçə istiqamətdə əməkdaşlığın qurulması qərara alınıb.

"Qaradağ sement" ASC sementinin satışı üçün diler və distribrüter şəbəkənin yaradılması barədə razılaşma əldə olunub. Bu qərarın vacibliyi onunla izah olunur ki, 2006-cı ilin fevralından etibarən müəssisə sementin qiymətini qaldırmayıb, halbuki bu zaman bazarlarda sement 50-60% baha satılıb.

Nazirin sözlərinə görə, ilkin mərhələdə Abşeron yarımadası ərazisində şəbəkə vasitəsilə hasilat gerçəkləşəcək. 7 distribüter və 112 diler seçilib ki, nazirin sözlərinə görə, onların bir-birilə əlaqəsi yoxdur. "Hazırda sementin dəyəri məsələsi müzakirə olunur. Qiymət kisələrin üstünə yazılacaq ki, bunu da dəyişmək mümkün olmayacaq. Qanun pozulduğu təqdirdə, qanunu pozan tərəf məhsulun satış hüquqından məhrum ediləcək"-deyə o qeyd edib.

2007-ci ilin 1 yanvarından sementin yeni qiymətlərinin müəyyənləşməsi və seçilmiş şirkətlərin fəaliyətə başlanması planlaşdırılır. MDB regionunda Holsim Qrupu müəssisəsinin koordinatoru Qarets Pabbsın dediyinə görə, şirkət Azərbaycandakı vəziyyətini çox yüksək qiymətləndirir və ölkənin bazarı olduqca perspektivlidir. "Biz ölkənin iqtisadi vəziyyəti barədə dolğun təəssürat əldə etdik ki, bu da bizim şirkətin Azərbaycandakı vəziyyətinin əhəmiyyətini vurğulayır. Mən hesab edirəm ki, çox konstruktiv yollar seçilib və birgə qüvvəmizlə məhsula müvafiq qiymətlər qoyacağıq. Bu da qitymətlərin qalxması problemini həll edəcək"- deyə o söyləyib.

Nazirin sözlərinə görə, antiinhisar şöbə regionda sementin qiyməti ilə bağlı vəziyyəti nəzarətdə saxlayacaq və qiymətlərin qalxmasına imkan verməyəcək.

"Qaradağ sement" ASC klinkerlərin (odadavamlı kərpic) və sementin Azarbaycanda yeganə istehsalçısıdır. Şirkət daxili bazarın böyük bir hissəsini yüksək keyfiyyətli, yerli və beynəlxalq standartlara cavab verən məhsulla təmin edir.

Qaradağ Sement zavodunun əsasında 1999-cu ildə Azərbaycanda fəaliyyətə başlayan Holsim Qrup İsveçrə Şirkəti Azərbaycanın daxili bazarında böyük uğur qazanıb. Hal-hazırda "Qaradağ Sement" ASC-in məhsulları Azərbaycanda iri layihələrin, həmçinin, qlobal energetika layihələrinin gerçəkləşməsində geniş istifadə olunur.

Xəbər lenti

Xəbər lenti