...

Novruz Məmmədov: Prezident Fransaya rəsmi səfər yox, dövlət səfəri edəcək

Siyasət Materials 12 Dekabr 2006 13:42 (UTC +04:00)

Prezident İlham Əliyev Fransaya rəsmi səfər yox, dövlət səfəri edəcək. Trend xəbər verir ki, bu barədə dekabrın 12-də jurnalistlərlə söhbətində prezidentin yanvar ayının sonuna planlaşdırılan Fransa səfəri barədə danışarkən Azərbaycan Respublikası Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədovn sözlərinə görə, kütləvi informasiya vasitələri ona istinad edərək Prezidentin Fransaya rəsmi səfər edəcəyi barədə məlumat yayıblar. "Lakin mən bir daha bildirirəm ki, Prezident Fransaya dövlət səfəri edəcək. Dövlət səfəri rəsmi səfərlə müqayisədə status baxımnıdan çox fərqlidir. Bu fərq həm səfərin müddətində, həm səfər çərçivəsində təşkil olunan tədbirlərdə, həm prezidentlə keçirilən görüşdə, həm də ölkənin hər hansı yerinə səyahətdədir. Prezident yanvar ayının sonunda Fransaya belə bir dövlət səfəri edəcək" - deyə N.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti