...

2007-ci ilin yazınadək Azərbaycan təkliflərini Venesiya komissiyasına təqdim edəcək

Siyasət Materials 14 Dekabr 2006 13:19 (UTC +04:00)

Venesiya komissiyasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müzakirəsi zamanı Azərbaycan tərəfi tövsiyyələrin əksəriyyəti ilə razılaşıb və onlar texniki xarakter daşıyır. Bu barədə İnsan haqları üzrə Avropa məhkəməsində Azərbaycan nümayəndəsi Çingiz Əsgərov Trend ə eksklüziv olaraq məlumat verib.

Xatırladaq ki, dekabrın 6-7-də Avropa Şurası Venesiya komissiyasının tövsiyyələrinə əsasən 1998-ci ildə qəbul olunan Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun növbəti müzakirələri keçirilib.

Görüşdə Venesiya komissiyasının üzvü Boqdan Auresku (Bogdan Aurescu), Venesiya komissiyasının vitse-prezidenti Finola Flanaqan (Finola Flanagan) iştirak edib. Azərbaycanı görüşdə Azərbaycan prezidenti icra aparatının nümayəndələri Fuad Ələsgərov və Şahin Əliyev və İnsan haqları üzrə Avropa məhkəməsində Azərbaycan nümayəndəsi Çingiz Əsgərov təmsil edib. Həmçinin danışıqlarda ATƏT-in Bakı ofisinin nümayəndəsi Andreas Buşç (Andreas Busch) iştirak edib.

Ç.Əsgərov əlavə edib ki, Venesiya komissiyasının tövsiyyələrinin ATƏT-in yerli ofisinin etdiyi tərcüməsində səhvlərə yol verilib və tərəflər yenə də sənədi müzakirə edib və 2007-ci ilin yazında görüşmək barədə qərara gəliblər. O vurğulayıb ki, görüş tam qarşılıqlı anlaşma şəraitində keçib və qanunun bütün maddələri müzakirə edilib. Növbəti görüşdə Azərbaycanın yeni təklifləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti