...

Məruzəçi Leo Platvoet: Aprel ayında AŞPA Azərbaycanda itkin düşmüş şəxslər üzrə sənədi təsdiq edəcək

Siyasət Materials 14 Dekabr 2006 15:04 (UTC +04:00)
Məruzəçi Leo Platvoet: Aprel ayında AŞPA Azərbaycanda itkin düşmüş şəxslər üzrə sənədi təsdiq edəcək

2007-ci ilin aprel ayında AŞPA-nın növbəti sessiyasında Azərbaycanda itkin düşmüş şəxslər üzrə məruzə təsdiq olunacaq. Bu barədə Trend ə AŞPA-nın Cənubi Qafqazda itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoet dekabrın 13-də Parisdə keçirilmiş AŞPA-nın miqrasiya, qaçqın və əhali üzrə alt komitəsinin toplantısını şərh edərkən bildirib. Toplantıda Niderland deputatının məruzəsi dinlənilib.

Xatırladaq ki, məruzədə Cənubi Qafqazda insanların itməsinin ilk növbədə ərazi münaqişələri ilə bağlı olduğu qeyd olunub. "L.Platvoet məruzədə qeyd edib ki, Dağlıq Qarabağda və onun ətrafında işğal olunmuş rayonlarda Ermənistan qoşunları yerləşib. Nəticədə yerli əhali doğma yerlərindən qovulub. Ermənilər orada öz "hökümətlərini" yaradıblar". Məruzədə qeyd olunub ki, təxminən 5000 Azərbaycan vətəndaşı və 900 Ermənistan vətəndaşı itkin düşüb.

L.Platvoyet də dünənki müzakirələri müsbət qiymətləndirib. O bildirib ki, yanvar ayında məruzə müzakirə edilməyəcək, çünki hesabat qiymətləndirilməsi üçün ölkə hökümətlərinə və QHT-lərə verilib və onlar öz dəyişikliklərini edə bilərlər.

Məruzəçi vurğulayıb ki, bundan sonra məruzə yanvarın sonuncu həftəsində Strasburqda keçiriləcək AŞPA-nın monitorinq komitəsinə qaytarılacaq və təsdiq olunacaq.

L.Platvoyet hesab edir ki, söhbət Dağlıq Qarabağdan gedəndə həm Azərbaycanın, həm də Ermənistanın itkin düşmüş şəxslər üzrə komissiyalarının əməkdaşlığa cəlb olunması çox vacibdir. "Komissiyalar yaxşı imkana malikdirlər və itkin düşmüş şəxslər haqqında bütün lazımi informasiyanı toplamaq üçün əllərindən gələni etmək üçün öz işlərini humanitar aspektdə cəmləyə və Qırmızı Xaç beynəlxalq komitəsi ilə birlikdə işləyə bilərlər", - deyə o bildirib.

Məruzəçi həmçinin bildirib ki, aprel sessiyasına qədər bölgəyə gəlməyə hazırlaşmır, çünki bunu zəruri hesab etmir.

Xəbər lenti

Xəbər lenti