...

Nazir: Gənc sahibkarlara güzəştlərin verilməsi üzrə təkliflər hazırlanır

Siyasət Materials 15 Dekabr 2006 13:01 (UTC +04:00)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində (İİN) gənclərin sahibkarlıq fəaliyyətinə marağının artırılması üzrə bir sıra təkliflər hazırlanır. Trend xəbər verir ki, bu barədə dekabrın 15-də Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda gənclərin Azərbaycanın iqtisadi inkişafındakı roluna həsr olunmuş elmi-praktiki konfransında çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, İİN neft gəlirlərinin insan kapitalına çevrilməsi məsələsini qarşısına məqsəd qoyub. Bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının həyata keçirilməsində gənclərin böyük rolu haqqında danışan nazir vurğulayıb ki, nazirlik gənc sahibkarların ölkə bölgələrində səmərəli fəaliyyəti üçün bütün imkanları yaradır. Bu zaman gənclərin kənddən şəhərə axın etməsinin qarşısının alınmasının başlıca şərtlərindən biri bölgələrdə eyni şəraitin yaradılmasıdır. Bu məqsədlə nazirlik kommunal təsərrüfatda güzəştlərin verilməsi üzrə təkliflər hazırlayıb.

Ayrıca proqram gənclərin xaricdə təhsil alması üzrə hazırlanıb. Təhsil İİN tərəfindən maliyyələşdiriləcək. Nazirlik gənclərin göndəriləcəyi ali təhsil müəssisələrini diqqətlə seçmək niyyətindədir. H.Babayev bildirib ki, bütün səylər bölgələrdə neft sektoru ilə rəqabət apara biləcək qeyri-neft sektorunun yaradılmasına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti