...

Hərbi qanunvericiliyə əlavə və dəyişiklikləri nəzərdə tutan layihənin müzakirəsi təxirə salınıb

Siyasət Materials 15 Dekabr 2006 17:19 (UTC +04:00)

Hərbi qanunvericiliyə əlavə və dəyişiklikləri nəzərdə tutan layihə parlamentin dekabrın 15-də keçirilən iclasının gündəliyinə daxil edilsə də, məsələ sonradan gündəlikdən çıxarılıb.

Trend xəbər verir ki, parlament rəhbərliyi məsələnin gündəlikdən çıxarılmasının səbəbləri haqda hələlik açıqlama verməyib.

Xatırladaq ki, hazırda qüvvədə olan hərri qanunvericiliyə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan layihə Prezident Aparatının mütəxəsisləri tərəfindən hazırlanıb və qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Layihəyə əsasən, hərbi xidmətə çağırışçılar üçün nəzərdə tutulan güzəştlər ləğv olunacaq. Əgər parlament nəzərdə tutulan dəyişiklikləri qəbul etsə, çağırış müddəti 20 gündən 30 günə qədər artırılacaq, ikinci qrup əlil valideyinləri olan çağırışçılar hərbi xidmətə aparılacaq, ali təhsilli çağırışçılar üçün xidmət müddəti bir ildən bir il yarıma qədər artırılacaq, magistratura və aspranturaya sənəd verəcək ali təhsilli çağırışçıların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək və üç övladı olan şəxslərin hərbi xidmətdən azad olunması güzəşti ləğv olunacaq.

Layihə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komisiyasında müzakirə olunub.

Millət vəkili Zahid Oruc bildirib ki, layihə komissiyada müzakirə olunan zaman ciddi mübahisələrə səbəb olub. Ona görə də prezident İlham Əliyev müvafiq orqanlara bir araya gələrək bu məsələni yenidən müzakirə etmək haqda göstəriş verib.

Z.Oruc əlavə edib ki, layihənin yaxın günlərdə parlamentdə müzakirə olunacağı istisna təşkil edir.

Xəbər lenti

Xəbər lenti