...

Gəncədə Qarabağ müharibəsi əlilləri üçün 7 bina tikiləcək

Siyasət Materials 16 Dekabr 2006 13:27 (UTC +04:00)

Gəncədə Qarabağ müharibəsi əlilləri üçün 7 bina tikiləcək. Bu barədə məlumatı Trendə şəhərin baş memarı Məmməd İbrahimov verib. Onun sözlərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə şəhərimizdə tikiləcək yeni binaların inşasına gələn ildən başlanılacaq.

Müsahibin sözlərinə görə, binaların tikintisi şəhərin Yeni Gəncə qəsəbəsində aparılacaq. Artıq bunun üçün Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2,1 hektar torpaq sahəsidə ayrılıb.

Məmməd İbrahimov bildirdi ki, tikiləcək binaların hər biri 4 mərtəbədən, 36 mənzildən ibarət olacaq. Hazırda tikintinin layihə-smeta sənədləri hazırlanır. Binaların inşasına 2007-ci ilin birinci rübündə başlanılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti