...

Naxçıvan şəhərinin ticarət obyektlərində reyd keçirilib

Siyasət Materials 18 Dekabr 2006 13:23 (UTC +04:00)

Naxçıvan şəhərinin ticarət obyektlərində reyd keçirilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, reyd- monitorinq Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi, Naxçıvan MR Dövlət Gömrük Komitəsi və Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə baş tutub.

Reyd zamanı fəall satış obyektlərində, o cümlədən əhalinin sıx ticarət apardığı Nizamai küçəsində və "Qoçüstü" məhəlləsində yerləşən ərzaq dükanlarında aparılıb. Monitorinq zamanı onlarca ərzaq məhsulunun satış prosesindən kənarlaşdırılmasının əsas səbəbləri ərzaq məhsullarının üzərində istehlakçı üçün zəruri məlumatların olmaması, vaxtı ötmüş ərzaqların satılması olub. Satış prosesindən uzaqlaşdırılan məhsullardan əsasən vaxtı ötmüş kolbasa və meyvə şirələri, içkilər, o cümldən şirniyyatlar üstünlük təşkil edib.

Reyd-monitorinqdə yerli KİV nümayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti