...

ABŞ dövlət katibinin köməkçisi: ABŞ Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır

Siyasət Materials 19 Dekabr 2006 12:36 (UTC +04:00)
ABŞ dövlət katibinin köməkçisi:  ABŞ Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır

ABŞ Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Dillər Universitetinin tələbələri qarşısında çıxış edərkən ABŞ-ın demokratiya, insan haqları və əmək məsələləri üzrə dövlət katibinin köməkçisi Barri Louinkron bildirib.

O qeyd edib: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın və Ermənistanın maraqlarına cavab verən həlli yolunun tapılması tərəfdarıdır. Bütün vətəndaşların, o cümlədən bu münaqişə nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi ABŞ hökuməti qarşısında duran əsas məsələlərdən biridir".

Xəbər lenti

Xəbər lenti