...

Səidə Qocamanlı: ABŞ Dövlət katibinin müavini ilə görüşümüzdə Azərbaycanda insan hüquqları ilə bağlı heç bir məsələ diqqətdən kənarda qalmadı

Siyasət Materials 19 Dekabr 2006 17:46 (UTC +04:00)

Dekabrın 19-da Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin müavini Barri Louinkronla hüquq müdafiəçilərinin görüşündə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı heç bir məsələ diqqətdən kənarda qalmadı. Bu barədə Trend ə görüşdə iştirak etmiş hüquq müdafiəçisi Səidə Qomanlı məlumat verib.

S.Qocamanlırının sözlərinə görə, görüşdə Azərbaycanda insan hüquqlarına dair müzakirələr aparılıb və Barri Louinkrona məlumatlar verilib.

"Biz ABŞ dövlət katibinin müavininə Azərbaycanda iqtidar-müxalifət münasibətləri, insan haqlarının vəziyyəti və s. məsələlər barədə geniş məlumat verdik, bu məsələlərlə əlaqədar geniş fikir mübadiləsi aparıldı. Barri Louinkron qeyd etdi ki, bu, onun Azərbaycana son səfəri deyil. Fevralın sonunda isə onun 2006-cı ildə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatı açıqlanacaq" - deyə S.Qocamanlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həmin hesabatda Azərbaycanda 2006-cı il ərzində baş verən olaylar öz əksini tapacaq. Bu hesabat həm "Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidovun, "Yeni fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin və onun müavini Ramin Hacıyevin həbsi məsələsi, siyasi məhbus probleminin hələ də qapanmaması, seçki və digər məsələləri əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti