...

Nazir: Azərbaycan höküməti ev tikintisinin vergi qoyma sistemini dəyişib

Siyasət Materials 21 Dekabr 2006 11:26
Nazir: Azərbaycan höküməti ev tikintisinin vergi qoyma sistemini dəyişib

Trend-i buradan izləyin

Azərbaycan höküməti ev tikintisinin vergi qoyma sistemini dəyişib. Vergilər naziri Fazil Məmmədovun Trend ə verdiyi xəbərə görə, ölkə prezidentinin "Vergi məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi haqqında" Qanunu təsdiq etməsindən sonra əmsallar tətbiq olunacaq və onların əsasında evlərə vergi qoyulacaq. Əmsallar evlərin paytaxtın mərkəzində və bütün Bakı, Xırdalan və respublikanın qalan şəhərlərində yerləşməsindən asılı olaraq fərqlənəcək.

Nazir bu vergiqoyma mexanizminin tətbiq olunmasından sonra evlərin bahalaşmasına dair fikrə qarşıdır, belə ki, əmsalların hazırlanması zamanı vergi orqanları mövcud qaydalara əsaslanacaqlar.

Hər kvadratmetr üçün əmsal Bakı şəhərinin ətrafı və paytaxtın mərkəzi üçün 10-15 manatdan başlayaraq, 150 manata qədər müəyyən oluna bilər, Bakıda rahat ev üçün 200 manata qədər arta bilər.

Vergi podrat şirkətlərə deyil, bina evlərinin sahiblərinə tətbiq olunacaq. Tikinti şirkətləri üçün bu ödəniş sistemi 2 il müddətinə və hər rüb ümumi ödənişdən 12.5% üzrə tətbiq olunub. Ümumi ödəniş həcminin müəyyən edilməsi nəzərdə tutulub. Bu həcm iki il ərzində ödəniş müddəti olmaqla, 8 bərabər hissəyə bölünəcək.

"Beləliklə, tikinti şirkətləri əvvəlcədən öz maliyyə planlarını düşünə bilərlər. Vergi qoyma sisteminin dəyişmə zərurəti tikinti şirkətlərinin öz gəlirlərinin qəsdən gizlədilməsi faktları ilə bağlı yaranıb, ölkədə tikinti bumu çərçivəsində isə dövlət büdcəsinə həmin biznesdən böyük məbləğlər daxil ola bilərdi", - deyə F.Məmmədov hesab edir.

Xəbər lenti

Xəbər lenti