...

"Azadlıq" bloku dövlət bayramları ilə bağlı toplantı keçirib

Siyasət Materials 22 Dekabr 2006 13:41 (UTC +04:00)

Dekabrın 22-də "Azadlıq" blokunun təşkilatçılığı ilə Beynəlxalq mətbuat Mərkəzində dövlət bayramları ilə bağlı dəirmi masa keçirilib. Trend in məlumatına görə, toplantıda Azadlıq Blokunun həmsədrləri Lalə-Şövkət, Əli Kərimli, Əli Əliyev, Sərdar Cəlaloğlu və digər partiyaların nümayəndələri, ziyalılar iştirak ediblər.

Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev bildirib ki, Milli Məclisdə 18 oktyabr Müstəqillik günü, 17 noyabr Milli Dərçəliş Gününün iş günü elan edilməsi müxalifətə qarşı ideoloji müstəvidə mübarizəni göstərir. AXCP sədri Əli Kərimli çıxışında qeyd edib ki, Müstəqillik və Milli Dircəliş günləri Azərbaycan xalqının tarixdə yerini, öz azadlığı uğrunda mübarizəsini, şərəfli keçmişini göstərir. Ə.Kərimli vurğulayıb ki, bu günlər yeni nəslin yaddaşından çıxarılmamalıdır. Tarixçi alim Ənvər Əliyev Azərbaycan Dövlətçilik Muzeyinin, Əlyazmalar Muzeyinin yaradılması, müttəmadi olaraq qəzetlərdə dövlətçiliyimizin tarixi ilə bağlı təbliğat aparılması, ləğv olunmuş bayramlarla bağlı daimi xarakterli tədbirlər keçirilməsi təklifı ilə çıxış edib.

Çıxış edən digər natiqlər də Azərbaycan xalqının milli-azadlıq hərəkatı ilə bağlı olan bayramların tarixdən və yaddaşlardan silinməməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti