...

Azərbaycan prezidenti diplomatik missiyasını başa vurmuş Türkiyə səfirini qəbul edib

Siyasət Materials 26 Dekabr 2006 18:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri, diplomatik missiyasını başa vurmuş Turan Moralını qəbul edib. Bu barədə Trend xəbər verir.

Əməkdaşlığın bütün sahələrində ikitərəfli əlaqələrin uğurlu inkişafını qeyd edərək ölkə başçısı səfirin xidmətlərini vurğulayıb.

Səfir ölkə başçısına onun uğurlu fəaliyyəti üçün Azərbaycanda yaradılmış şəraitə görə təşəkkür edib. Diplomat hər iki ölkə arasında əməkdaşlığın inkişafına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti